Faydalı məlumatlar - LM clinic
Doğru kosmetik vasitə seçmənin 5 sirri
Müasir dünyada kosmetik vasitələr həm qadınlar, həm də kişilər tərəfindən geniş istifadə olunmaqdadır. Bizlər, həkimlər də ziyanlı olduqlarını bildiyimiz halda makiyajsız günlük həyatımızı təsəvvür etmirik. Bu səbəblə, təhlükəli olduğunu vurqulamaqla yanaşı, doğru məhsul seçiminin ipuclarını Sizinlə paylaşmanın daha faydalı olduğuna inanıram.
Hər birimiz marketdə süd və ət məhsulları aldığımız zaman son istifadə tarixinə mütləq baxırıq. Lakin günəş qoruyucu və ya nəmləndirici krem alanda bunu etməyi unuduruq. Əczaxanada alınan məhsullarda çox vaxt açıq tarix yazılır, lakin dekorativ kosmetikada bəzən bu məlumat sirr kimi kodlanır. Bu məlumatı əldə etmək üçün bir detektiv kimi araşdırma aparmamız lazımdır. Əldə etdiyimiz məhsulun “batch code” deyilən nömrəsini ancaq  http://checkcosmetic.net/ kimi xüsusi saytlardan tapıb istehsal edilən tarixini əldə edə bilərik.
Son istifadə tarixini bildiyimiz bir krem açandan sonra nə qədər müddət güvənlə işlədə bilərəm sualı əlbəttə ki ağlınıza gəlib. Rəfiqələrə soruşmaq yerinə qutunun üstündə 6M, 12M, 24M kimi işarətlənən yazını axtarın. Bunun anlamı açılandan sonra 6, 12 vəya 24 ay istifadə oluna bilərdir.
Son zamanlar heyvanlar üzərindən test edilməsi heyvansevənlər tərəfindən əngəllənməktədir. Birçox tanınmış brendlər heyvanlar üstündə test aparmadıqlarını qürurla söyləyərək bizi sevindirir. Lakin bunun mənfi tərəfləri də var. Əvvəllər insanlara istifadəyə verilmədən, yağ vəzlərindən zəngin olan dovşan qulağında yoxlanılan kremlər, birbaşa bizlərə istifadəyə verilməkdədir. Bu növ məhsulları daha diqqətlə az-az sürtməkdə fayda vardır.
Makiyaj, günlük baxım kremi seçərkən dərimizin növü haqqında məlumatımız olmalıdır. Burun üstündə qara nöqtələr, yanaqda geniş məsamələr, saçda yağlanma və az da olsa sızanağınız olursa dəriniz yağlı/qarışıq növdədir. Markası tanınmış, qiyməti yüksək olsa belə dəri növünüzə uyqun olmayan məhsul, makiyaja bağlı olan Acne Cosmetica adlandırılan problemə səbəb ola bilər. Tərkibində shea butter, zeytun və kakao yağı, lanolin olmamasına diqqət yetirin. Maraqlı faktdır ki, neftdən əldə edilən olduqca yağlı vazelinin sızanaq yaratma ehtimalı çox aşağıdır. Dəriniz quru, qabıqlı isə özəlliklə yuxarıda sayılan maddələrə üstünlük verin.
Parabenin təhlükəli olduğu artıq sirr deyil, bu haqqda danışmayacam. Lakin dekorativ rəngli kosmetikada gizli bir düşmənimiz süni rəng maddələridir. Yanaq, dodaqdaki cazib qırmızı, qöz qapaqlarımızdaki müxtəlif tonları FD&C, D&C olaraq kodlanan piqmentlərə borcluyuq. Bir qadının həyatı boyunca istər istəməz 3 kiloya yaxın pomada “yediyini” diqqətə alarsaq, bu maddələrin əhəmiyyəti anlaşılır. Ən təhlükəlisi D&C Red 9 olanı sayılır. Təəssüf ki, karmen kimi təbii rənglər daha az istifadə olunur.
Dəri nədir? Bu orqan bizə nə üçün lazımdır?
“İnsan bədəninin çəkisinin 4-6% təşkil edən, epidermis, dermis ve dəri altı piy toxumasından ibarət olan…”  deyə yazmağa başlasam, yəqin ki məqalənin əvvəlindən oxumağı buraxarsız. Hər web səhifəsində, kitablarda tapa biləcəyiniz sıxıcı anatomik məlumatlardır bunlar. Gəlin dərimizə bir başqa gözlə baxaq. Onun sağlamlığı nədən bütün bədən üçün əhəmiyyətlidir, onu düşünək.
Bir paltarı/köynəyi ildə neçə gün geyinirsiz? Düzdü, bu qarderoba görə dəyişir, amma inanmıram ki, kimsə hər gün eyni paltarı dəyişdirmədən geyinsin.
Birincisi, yuyub temizləmək üçün çıxardırıq. Əzilməsin deyə ütüləyirik. Və əlbəttə ki, bezməmək üçün dəyişirik. Hər keçən gün yeni kolleksiya geyim modelləri, vitrinlərdə nələr nələr görürük. Laqeyid olub almamaq mümkündür mü?
Bəs dərimiz? Kaş ki dərimizi də çıxardıb, ləkəsini yuyub, qırışını ütüləyib dolaba qoya bilsəydik. Adətən bir paltar kimi asqıdan istədiyimiz dərini seçib geyinə bilsəydik. Yatanda əzilməsin deyə çıxardib, səhər təkrar geyinsəydik, evdə geyindiyimiz dəri başqa, insanlar içində daha təravətli görünmək istəyəndə başqa dəri geyinə bilsəydik. Təəssüf ki, bu belə deyil.
Dəri bizim
gündəlik seçmə şansımız olmayan,
istədiyimizdə təmizləmə imkanımız olmayan,
yenisi ilə dəyişdirə bilmədiyimiz,
hər an geyinmək məcburiyyətində qaldığımız,
ən dəyərli paltarımızdır.
Lakin ağıllı dərimiz nə yaxşı ki, özü özünü təmizləyir. Bir dəri hüceyrəsi-keratinosit- ortalama 28 gündə dərinin alt qatından yola çıxaraq üst qatlara çatıb dəridən gözə görülməyən toz şəklində atılır və arxasınca yeni keratinositlər gəlir. Bəlkə inanmayacaqsız, evimizdəki tozun böyük hissəsi dərimizin tökülmüş ölü hüceyrələridir. Elm adamları əziyyət çəkib və bizim üçün hesablayıb ki, insan bir ildə 3.6 kg dəri hüceyrəsi itirir. Eləcə də gündə 100 ədəd tökülən saçlar, uzanan dırnaqlar özünü yeniləmə qabiliyyətinə malikdir.
Hər bir orqanımız kimi dərinin də vəzifələri vardır.
Qaşlar bizə nə üçün lazımdır? Gözəl qələm ilə boyayıb tatuajlar eləmək üçün? Qaşlar tərləyəndə alından axan tərin gözə girməməsi üçün vacibdir.
Kirpiklərimizin tək işləri gözəl görsənməkdir? Onlar gözlərimizi havada uçan yad maddələrdən qoruyur.
Dırnaqlar dırnaq boyası və şellak üçündür? Yüz illər öncə yaşayan atalarımız meşələrdə heyvanlar ilə savaşanda, ağaclardan meyvələr dərəndə o dırnaqlar çox vacib idi. Müasir dünyada daha çox xırda işləri görəndə istifadə etdiyimiz dırnaqlar zamanında həyat xilas edirdi.
Eləcə də dərinin özünəməxsus vəzifəsi vardır.
Birinci, örtücü fiziki baryer funksiyası. Dəri olmasaydı orqanlarımız, əzələmiz görsənən həm çirkin həm də müdafiəsiz bir varlıq olardıq.
İkincisi, qoruyucu vəzifə. Ətraf mühitdən hər an bizə saldıran müxtəlif mexaniki, termal travmalar, ultrabənövşəyi şualar, bədənə girmək üçün fürsət axtaran müxtəlif bakteriya və viruslar, kimyəvi, allergik amillər vardır. Bunlarla hər an bir müharibə içindəyik və bu müharibənin ön cəbhə döyüşçüsü dəri hüceyrəsidir.
Dəri həm də duyu orqanıdır: ağrı, təzyiq, vibrasiya, isti/soyuq ayırımı hissləri ağıllı dəri reseptorları sayəsində mümkündür. Həyatımızın bir parçası olan toxunma hissi, sevdiklərimizə toxunanda hiss etdiyimiz duyqular dəri olmasa mümkün olmazdı.
Bədən istiliyimizin qorunması-termorequlyasiya - bir başqa vacib vəzifə. Bədən hərarətimiz 29°C dərəcəyə düşərsə huşumuzu, 26°C olarsa həyatımızı itirərik. Yüksək hərarət ondan da təhlükəlidir, 43°C üstündə bədən zulallarında ciddi dəyişikliklər baş verərək 45°C istilik ölümlə nəticələnir. Həm dəri altı piy toxuması, tər vəzləri, tükləri qaldıran kiçik əzələlər, həm də dermis damarları doğru zamanda genişləyib daralaraq bu məsuliyyətli vəzifədə rol alırlar.
Son illərdə tibb dünyasında diqqəti öz üstünə çəkən D vitaminin sintezi də məhz dəridə həyata keçir. D vitamin əzələ gücü və sümüklərin böyüməsi, qan laxtalanması prosesində, ürək atışları və qalxanabənzər vəzin fəaliyyətində rol alan önəmli bir vitamindir.
KONTAGİOZ MOLLYUSK
Kontagioz mollyusk kimi şirin bir adı olan bu infeksiyoz xəstəliyin törədicisi Poksvirus ailəsindən olan MCV1 virusudur. Ailə içində, məktəb və baxçalarda bir-biri ilə təmas edən, daha çox 1-10 yaş uşaqlar arasında yayılan bu virus hər yaşda insana rahatlıqla yoluxa bilər. Yetişkinlərdə daha çox MCV2 növü cinsi yol ilə yayılan xəstəlikdir.
Yaxşı xəbər, kontagioz mollyusk daxildən bir zədələnməyə səbəb verməyərək dəridə görülür və bəzən öz-özünə 6-9 aya sağala bilər.
Pis xəbər isə, toxunma, paltar və dəsmal kimi ortaq istifadə olunan əşyalar ilə sürətlə yoluxur. İngilizcə “water wart” - su ziyili adı ilə bilinən virusun son illərdə yayılmasının səbəbi uşaqlarda üzgüçülüyün populyar olmasıdır. Bəzi durumlarda infeksiyalaşıb qaşıntı və ya ağrıya səbəb ola bilər. Özəlliklə Atopik Dermatiti olan, kortizon tərkibli kremlər istifadə edən uşaqlarda daha sürətlə yayılır və çox sayıda mollyusk səpkiləri ilə nəticələnə bilər.
Hər nə qədər müalicəsiz də sağala bilən bir virus infeksiyası olsa da, çox vaxt müalicə etməyi tərcih edirik. Çünki spontan sağalması bəzən illər çəkə bilər, sağalana kimi ətrafdakı insanlara da yoluxur və üz/qollar kimi görünən yerdə yerləşdiyi zaman uşaqlarda psixolojik narahatçılığa səbəb ola bilər.
Tək tək yerli keyləşdirmə altında steril pinset ilə təmizlənməsi, maye azotla kriyoterapiya, elektrokauterizasiya, hətta lazer ilə yandırılması mümkündür. Müalicə şəkli pasientin yaşı, səpkilərin yerləşmə və sayına görə dəyişir. Gəlin müalicə şəklinin seçimini mütəxəssisə buraxaraq, sizlər ailə içində görməniz gərəkən tədbirlərə diqqət yetirin.
Uşağımda kontagioz mollyusk varsa mən nələrə diqqət yetirməliyəm?
Həkim tərəfindən müalicə tətbiq edilən gün yataq dəsti, dəsmalların dəyişməsi və yuyulması.
Hamamdakı süngərin atılması.
Müalicədən öncə geyinilmiş bütün paltarların viruslu qəbul edilib yuyulması.
Ailədə birdən çox uşaq varsa hər birinin dəsmal və paltarının ayrılması.
Tam müalicə edilmiş olsa da, bəzi yeni bulaşmış mikroskopik səpkilər 2-8 həftə səssiz bir zaman sonrası gözlə görülür hala gəlir, bəlli aralıqlar ilə təkrar həkimdə yoxlanılması.
Allergiya/egzema səbəbiylə sterodli krem istifadə edirsinizsə, molluskum səpkiləri olan yerə bu dərmanların çəkilməməsi.
Bu səbəbdən uşağın cəmiyyətdən, məktəbindən təcrid edilməsinə gərək yoxdur, müalicəsini almış uşaq təhsilinə, üzgüçülüyə və digər idmanına davam edə bilər.
Qadınlarda saç tökülməsi
Bir qadının cazibəsində ən güclü silahlarından biri onun saçlarıdır. Hər yaşda qadın parlaq, gur və dolğun rəngli qözəl saçlara sahib olmaq istəyir. Nə yaxşı ki, rəng istəklərimizi saç boyaları ilə həll edə bilirik :-)  Bəs saçımız tökülürsə, qalınlığını və parıltısını itiribsə nə etmək lazımdır?
Birincisi, panikaya qapılmamaq. Həmən-həmən hər növ saç tökülməsi stress ilə artır. Ayrıca, dönüşümsüz saç kökünü zədələyən xəstəliklər sayca çox deyil. Bir çox saç tökülməsi müvafiq müalicəyə cavab verir.
İkincisi, saç tökülməsində səbirli olmaq. Saçların anatomik və fizioloji xüsusiyyətləri elədir ki, ən düzgün müalicə ilə belə nəticə 6-8 həftədən tez hiss edilməz.
Öncə saç tökülmənin şiddətini bilməlisiz, yani gün içində itirilən saç sayısı. Əlbəttə ki, Sizdən  bir köməkçi tutub arxanızca tökülən saçları toplayıb saymasını istəməyəcəm :-) Bunun daha asan yolu var. Saçınızı bir toka ilə toplayıb 24 saat açmamağa çalışın. Beləliklə, daha sonra açıb darayaraq saya bilərsiz. Yüzə qədər olan sayı normaya yaxın sayılır. Üzdəki digər incə tükləri hesaba qatmasaq, sadəcə skalpımızda 100-150 min saç kökü var, bunların daima yenilənməsi üçün günə 80-100 ədəd saç tökülür və yerinə gəlir.
Əlbəttə ki, sayı qədər saç telinin keyfiyyəti də önəmlidir. Həkiminizə söyləmək üçün bu sualların cavabını düşünün:
Saç telim incəlib mi?
Rəngi solub mu?
Qırılmalar var mı?
Ucunda ikiyə ayrılma var mı?
Dırnaq və dişimdə dəyişiklik hiss etdim mi?
Bu sualların çoxuna müsbət cavab verdinizsə ilk olaraq qan analizinə ehtiyacınız var deməkdir. Saç tökülməsinin araşdıırılmasında Dəmir, ferritin, D vitamini, kalsium, sink, biotin və ən önəmlisi qalxanvari vəz hormonlarına baxılmalıdır.
Seyrəlmiş saçlar daha çox ön tərəfdə yerləşirsə, ailə hekayənizi toplayın. Həkiminiz mütləq ana, xala, bacı və bibi kimi ailədəki qadınlarda saç tökülməsi olub olmamasını sizdən soruşacaq. Gənc yaşda saçı seyrələn, bədəndə tüklənmə artışı kimi hormonal problem əlaməti olan var mı diyə bilməniz məsləhətdir.
Saç tökülməsinin müalicəsində doğru şampunlar seçimi çox vacibdir, lakin unutmayın ki, üstünlük hər zaman saçda uzun müddət qalaraq köklərə təsir edən sürtmə dərmanlarda və qan yoluyla bir başa saç köklərinə çatan içmə həblərdədir. Şampununuza sərvət ödəmiş olsanız da ancaq saçınıza parlaqlıq verib kəpəyi azaldar, lakin saçda 1-2 dəqiqə qaldığı üçün tökülməyə möcüzəvi təsir göstərə bilməz.
Saç tökülməsi problemində həkiminizlə əl birliyi içində olub, verilən təlimatları yerinə yetirsəniz, saçınızın əvvəlki sağlığını qaytarmanız mümkün ola bilər.